Jun 15 2020 13:08
Elshad Aliyev
Views: 174

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Bolnisi rayonunun Geta (Aşağı Güləver) kəndində sərt karantin rejimi bu gün ləğv ediləcək.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın hökümət administrasiyasının rəhbəri Natia Mezvrişvili məlumat verib. Bildirib ki, epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar olaraq  kənddə sərt karantin rejiminin tətbiqi bu gündən dayandırılacaq.

Qeyd edək ki, yeni növ koronavirusun yayılması ilə əlaqədar olaraqkənddə mayın 15-dən etibarən sərt karantin rejiminin tətbiqinə başlanılıb.


Create Account



Log In Your Account