Apr 16 2019 10:59
Ferah Sabirqizi
Views: 1295

Dünən axşam saatlarında Fransanın simvolu olan Notr-Dam-de-Paris kilsəsində güclü yanğın başlayıb. Yanğının kilsədə gedən təmir işləri ilə əlaqədar olması haqqında versiya irəli sürülüb.  Çünki təmir işlərində taxta dayaqlardan istifadə olunub. 

Yanğın nəticəsində kilsənin əsas qülləsi aşıb.  

Hadisə yerinə Parisin çoxlu sayda yanğınsöndürmə briqadaları cəlb olunub. Ümumilikdə yanğının söndürülməsində 500 nəfərlik komanda iştirak edib. Kilsədəki güclü yanğını yalnız 7 saatdan sonra söndürmək mümkün olub. 

Tarixi abidəyə ciddi ziyan dəyib.  

 


Create Account



Log In Your Account