Feb 27 2020 12:53
Elshad Aliyev
Views: 73

Novruz bayramı ərəfəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi növbəti “DOST xonçası” kampaniyasına start verib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ilk dəfə ötən ilin eyni dövründə keçirilən bu aksiya ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb. Bayrama qədər davam edən və gündən-günə genişlənən, Novruzun bayramlaşmaq kimi nəcib adətini ifadə edən aksiyaya qısa müddətdə 120-dən çox təşkilat və tanınmış şəxs qoşulub.

Bu da xalqımızın zəngin mənəvi dünyasının, Novruz bayramının yüksək dəyərlərinə bağlılığının, həm də yaşlı, ahıl insanlara hörmət hissinin, qayğıkeş münasibətinin göstəricisidir.

“DOST xonçası” aksiyasının bu dəfə də məqsədi evlərində tənha yaşayan ahılların, həssas qruplardan olan digər insanların, bu və ya digər aztəminatlı ailənin Novruz xonçası ilə qapısını açmaq, onlarla bayramlaşmaq, onlara xoş ünsiyyətlə bir bayram ovqatı bəxş etməkdir.

Aksiyaya qoşulmaq arzusunda olanların bu barədə postlarını #dostxonçası həştəqi altında paylaşmağı və dostlarını da dəvət etməyi xahiş olunur.


Create Account



Log In Your Account