May 14 2020 13:38
Elshad Aliyev
Views: 58

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik hesabatının Milli Məclisdə müzakirəyə çıxarılacağı tarix məlum olub.

Milli Məclis Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik hesabatı parlamentin mayın 19-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Hesabatı Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov təqdim edəcək.


Create Account



Log In Your Account