Apr 09 2020 18:03
Elshad Aliyev
Views: 182

Paytaxtın Nəsimi rayonunda koronavirus (COVID - 19) infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə qabaqlayıcı profilaktik tədbirlər, o cümlədən dezinfeksiya işləri davam etdirilir.

Nəsimi Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, rayon ərazisindəki küçə və prospektlər, parklar, yollar, inzibati binaların, ticarət obyektlərinin, metro stansiyaların çıxışlarının ətrafları, yaşayış binalarının girişləri, lift kabinələri və məişət tullantıları konteynerləri zəruri avadanlıqlarla təchiz olunmuş işçi qrupları tərəfindən dezinfeksiya olunur.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə uyğun olaraq rayonda sanitar epidemioloji normalara əməl olunması istiqamətində zəruri tədbirlər görülür.


Create Account



Log In Your Account