Apr 07 2020 09:31
Elshad Aliyev
Views: 76

Koronavirus epidemiyasının törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə respublikamızın hər bir yerində olduğu kimi Nəsimi rayonunda da qabaqlayıcı profilaktik tədbir - dezinfeksiya işləri davam etdirilir.

AZƏRTAC xəbər verir ki, rayondakı ümumi sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq Nəsimi rayonunda xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara əməl olunması istiqamətində zəruri tədbirlər görülür.


Create Account



Log In Your Account