Dec 28 2019 16:25
Elshad Aliyev
Views: 117

Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 16 namizəd qeydə alınıb.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

MSK sədri bildirib ki, ümumilikdə seçiklərdə iştirak etmək üçün 1611 namizəd müraciət edib:

"Namizədlərin 293 nəfəri 17 siyasi partiya tərəfindən, 13 nəfəri təşəbbüs qrupları, 1305 nəfər fərdi qaydada namizədliyini irəli sürüb. Müraciət edən şəxslərin 1202 nəfərinin namizədliyi artıq təsdiq olunub. Onlardan 1012 nəfəri isə imza vərəqələrini artıq götürüb. 124 nəfəri qaytarıb və onlardan 16 nəfər qeydə alınıb. 56 nəfər isə seçkilərdə iştirakını könüllü dayandırıb".


Create Account



Log In Your Account