May 07 2020 11:05
Elshad Aliyev
Views: 46

ABŞ-ın Nyu-York şəhərində 40-dan çox polis əməkdaşı yeni növ koronavirusdan (COVID-19) vəfat edib. APA-nın xəbərinə görə, bu barədə ötən gün ABC telekompaniyası Nyu-Yorkun polis şefi Dermot Şiyə istinadən məlumat yayıb.

Bildirilib ki, Nyu-Yorkda koronavirusdan həyatını itirən polis əməkdaşlarının sayı 41 nəfərə çatıb.

Qeyd olunub ki, 5,3 mindən polis və polis bölmələrində çalışan mülki əməkdaşlar koronavirusa yoluxub, onlardan 4779 nəfər sağalıb.

Xatırladaq ki, Con Hopkins Universitetinin məlumatına görə, ABŞ-da koronavirus qurbanlarının sayı 74 mini keçib. Koronavirusa yoluxanların sayı 1 263 183 nəfər təşkil edir.


Create Account



Log In Your Account