Apr 20 2021 18:02
Elshad Aliyev
Views: 163

Prezident İlham Əliyevin 2021-ci ilin Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncamından irəli gələn vəzifələr uğurla icra edilməkdədir. Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyatı Muzeyi, eləcə də Türkiyənin bir neçə elm və təhsil qurumunun dəstəyi ilə Bursa şəhərində “Nizami Gəncəvi İli” çərçivəsində iyulun 15-19-da Nizami Gəncəvi Beynəlxalq Sosial və Humanitar Elmlər Konqresi keçiriləcək.

Bu barədə AZƏRTAC-a Ədəbiyyat Muzeyindən məlumat verilib. Bildirilib ki, konqresin təşkilatçıları Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Azərbaycan-Kipr Dostluq Cəmiyyətidir. Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov konqresin təşkilat komitəsinin üzvüdür.

Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində keçiriləcək konqresə Qafqaz Universitetlər Birliyi, Avropa Universitetlər Assosiasiyası, TÜRKSOY, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən 185 universitet və 400-ə yaxın professor-müəllim heyəti qatılacaq. Elmi məqalələr beynəlxalq indeksə malik, tanınmış “Turkishstudies” jurnalının xüsusi buraxılışında işıq üzü görəcək.

Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycan Mədəniyyət Günləri çərçivəsində bu ölkənin zəngin mədəni irsini geniş şəkildə təbliğ etməkdir.

Dünya mədəniyyət xəzinəsinə saysız-hesabsız dəyərlər qatan, böyük mütəfəkkir Nizami Gəncəviyə həsr olunmuş konqres iki qardaş ölkə arasında ədəbi-mədəni əlaqələrin daha da genişləndirilməsinə mühüm töhfə verəcək.

Konqresdə iştirak ödənişlidir. Konqres haqqında daha ətraflı məlumatla qeyd olunan vasitələrlə əlaqə saxlamaq mümkündür:

Telefon: (+90533) 888 60 60

Ofis telefonu: (+90392) 650 20 00 (daxili: 1146)

E-mail: orhanhasanoglu@gau.edu.tr


Create Account



Log In Your Account