Jun 23 2021 14:53
Elshad Aliyev
Views: 170

El Salvador Respublikasının “Literatura y poesía” (“Ədəbiyyat və poeziya”), Meksikanın “Más Literatura” (“Daha çox ədəbiyyat”) ədəbiyyat portallarının “facebook.com” səhifələri Dövlət Tərcümə Mərkəzi ilə əməkdaşlıq çərçivəsində dahi Azərbaycan şairi Nizami Gəncəvinin cəsarət, dostluq, xeyirxahlıq, zülm və ədalət haqqında hikmətli kəlamlarının yayımına başlayıb.

Dövlət Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Nizami Gəncəvinin 880 illik yubileyinə töhfə olaraq hazırlanmış materialı ispan dilinə mərkəzin ispan dili mütəxəssisi Aysel Əliyeva tərcümə edib.


Create Account



Log In Your Account