Mar 29 2021 12:44
Elshad Aliyev
Views: 163

“Dəymiş ziyanın ödənilməsi ilə bağlı müxtəlif fikirlər söylənilir. Ancaq həqiqət beynəlxalq hüquqdan irəli gəlir”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov deyib.

Deputat bildirib ki, Birinci Dünya müharibəsindən sonra Versal müqaviləsi imzalanıb: “Müqavilənin tələblərinə görə, Almaniya təzminat ödəməli idi. Bu müqavilədə bir sıra maddələr müzakirəyə səbəb olurdu. Çox böyük müzakirələrdən sonra Almaniya bu müqaviləni ratifikasiya etdi. Həmin dövrdə dəymiş ziyanın ödənilməsi birbaşa sülh müqaviləsindən irəli gələn məsələ idi. BMT çərçivəsində də bununla bağlı müəyyən təcrübələr mövcuddur. Dəymiş ziyanın ödənilməsi ilə bağlı BMT çərçivəsində bizim  müəyyən hüquqi səlahiyyətlərimiz var. Yəqin ki, bununla bağlı müraciətlər edəcəyik. Artıq Ermənistan Azərbaycana dəymiş ziyanın ödənilməsinə başlayıb. Üçtərəfli bəyanata əsasən, Ermənistanın işğaldan azad edilmiş ərazilərdən öz qoşunlarını çıxarması dəymiş ziyanın ödənilməsinin bir hissəsidir. Dəymiş ziyanın ödənilməsinin 3 forması var: Dəymiş ziyandan öncə mövcud olan vəziyyətin bərpası, ikinci kompensasiya, üçüncü beynəlxalq hüquqa zidd hərəkət edən dövlətin üzr istəməsi. Artıq Ermənistan bunun birinci formasını həyata keçirib. Beynəlxalq hüquqi müstəvidə bunu edib. Kompensasiya məsələsi ilə bağlı da dövlətimiz lazımi addımları atır”.


Create Account



Log In Your Account