Feb 26 2020 11:47
Elshad Aliyev
Views: 35

Yaponiyanın Baş Naziri Şinzo Abe yeni koronavirusun yayılması təhlükəsi ilə əlaqədar qarşıdan gələn iki həftə ərzində kütləvi idman, mədəniyyət və digər tədbirlərin təxirə salınması və ya azaldılması barədə göstəriş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Şinzo Abe fevralın 26-da operativ hökumət qrupunun Baş Nazirin qərargahında keçirilən növbəti iclasında bildirib.

Baş Nazir qeyd edib ki, qarşıdakı iki həftə yeni virusun yayılmasının qarşısının tezliklə alına biləcəyi barədə yekun qərarın qəbulu üçün xüsusi əhəmiyyətə malikdir. Ş.Abe əlavə edib ki, bunu əsas götürən hökumət həmin iki həftə ərzində bütün kütləvi tədbirlərin təxirə salınmasını və ya azaldılmasını xahiş edir.

Baş nazir, həmçinin bildirib ki, hökumət Cənubi Koreyanın Tequ şəhərinin, Çxondo dairəsinin və Şimali Kyonşan əyalətindən olan qeyri-vətəndaşlarında Yaponiyaya girişinə 14 günlük qadağa tətbiq edəcək. Həmin rayonların yeni koronavirusun yayılması ilə bağlı çox ziyan çəkdiyi bildirilir.

 


Create Account



Log In Your Account