Jan 14 2017 09:55
Ulviyye Sabirqizi
Views: 1444

ABŞ prezidenti Barak Obama 2014-cü ilin martın 6-da Rusiyaya qarşı tətbiq edilən sanksiyaların müddətini bir il uzadılmasına dair qərar verib.

Bu barədə Ağ Evin məlumatında bildirilir.

“Əvvəlki fərmanlarda göstərilən hərəkətlər və siyasət indiyədək davam etdirilərək, ABŞ-ın milli təhlükəsizliyinə və xarici siyasətinə böyük təhlükə yaratmaqdadır” - deyə, məlumatda qeyd olunub.  

ABŞ tərəfindən Rusiyaya qarşı tətbiq edilən sanksiyaların müddəti bu ilin martında bitir. Ötən il, martın 3-də Barak Obama Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzatmışdı.

 


Create Account



Log In Your Account