Jan 18 2017 14:56
Ulviyye Sabirqizi
Views: 1530

ABŞ prezidentliyinin son günlərini yaşayan Barak Obamanın xanımı Mişelin dünən 53 yaşı tamam olub.

CBC-nin xarici KİV-ə istinadən məlumatına görə, Barak Obama xanımını “Tvitter”də təbrik edib:

"Xahiş etmədiyi rolu öz üzərinə götürən və onu özününküləşdirən Saus-Saydalı (cütlüyün bir zamanlar Çikaqoda yaşadığı bölgə - red.) qız üçün: Mişel, ad günün mübarək! Mən səni sevirəm!"

O, həmçinin Mişellə fotosunu paylaşıb. Həmin foto isə 2009-cu ildə Vaşinqtonda Obamanın inaqurasiyasından sonra çəkilib.

Qeyd edək ki, yanvarın 20-də Donald Tramp ABŞ prezidentliyinin icrasına başlayacaq.

 


Create Account



Log In Your Account