Apr 13 2021 18:02
Elshad Aliyev
Views: 133

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv ölkələrdə kommersiya neft ehtiyatları fevral ayında 44,9 milyon barrel azalaraq 2 milyard 978 milyon barelə düşüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatında deyilir.

Bildirilir ki, ehtiyatlar əvvəlki ilin eyni dövrü ilə müqayisədə 94,1 milyon barrel artıb və son 5 ilin orta göstəricisindən 29 milyon barrel çox olub.

Fevralda OECD-nin neft ehtiyatlarının tələbatı ödəyə biləcəyi günlərin sayı 68 olub, bu da 5 illik orta göstəricidən 2,6 gün çoxdur.

 


Create Account



Log In Your Account