Sep 07 2017 17:23
Naile Hesenova
Views: 826

Oktyabrın  12-dən 20-dək Bakıda “IMAGINE Avropa Tolerantlıq festivalı” keçiriləcək. Azərbaycanda  bu mövzuda ilk dəfə keçiriləcək festivalda  sənədli filmlər,  konsert və rəqslər, tamaşalar nümayiş olunacaq. Bununla yanaşı, "DocuBaku" sənədli film festivalı  və Adam Mitskeviç İnstitutunun təşkil etdiyi "sosial dəyişikliklər"ə həsr olunan beynəlxalq kinofestival da keçiriləcək. Festival çərçivəsində Avropa ölkələrindən rejissorlar Azərbaycana gələcək, film çəkmək istəyənlər üçün master-klasslar təşkil olunacaq. Festivalda 40 filmin nümayişi nəzərdə tutulur. Təşkilatçıların sözlərinə görə, festivalın keçirilməsində əsas məqsəd Avropanın iqtisadi, siyasi və sosial həyatını nümayiş etdirməkdir.

Avropa İttifaqinin Bakı Nümayəndəliyinin şöbə rəhbəri Denis Denilidis bildirib ki, Azərbaycanda  çox millət yaşayır və  ən əsası sülh şəraitində yaşayırlar: "Burada müxtəlif konfensiyaların nümayəndələri var. Bunu çoxu bilir. Ona görə düşünürəm ki, bu festivalı keçirmək üçün başqa yer seçə də bilməzdik. Bunu təşkil etmək üşün ən gözəl yer elə Bakıdır".

Rejissor İmam Həsənov deyir ki, əsas məqsəd  Azərbaycanda sənədli film sektoru inkişaf etməsidir: "Bütün rejissorlar sənədli filmdən bədii filmə keçirlər. Bu da ilk mərhələ, ilk addımdır ki, onlar bununla məşqulı olsunlar, bizdə sənədli film çəkən rejissorların sayı artsın".

 


Create Account



Log In Your Account