Mar 17 2020 14:24
Elshad Aliyev
Views: 107

Tokio-2020 Yay Olimpiya Oyunlarının məşəlinin estafetinə martın 26-da start veriləcək. 

Apasport.az saytının məlumatına görə, Yaponiyanın Fukusime şəhərindəki açılış mərasimi azarkeşsiz keçiriləcək.

Yaponiya hökuməti yerli əhalini məşəlin marşrutu ziyarət etməkdən imtinaya çağırıb. Buna koronavirus pandemiyası səbəb olub.

Qeyd edək ki, martın 12-də Yunanıstandakı Qədim Olimpiyada baş tutan məşəlin alovlandırılması mərasimi də azarkeşsiz təşkil olunub. Buradakı estafet isə ümumiyyətlə ləğv edilib. Məşəlin martın 19-da Yaponiyaya verilməsi də tamaşaçısız keçiriləcək.


Create Account



Log In Your Account