Jan 09 2017 18:15
Ulviyye Sabirqizi
Views: 80

Azərbaycanın Olimpiya aktivinə daha bir medal əlavə olunub.

2012-ci il London Yay Olimpiya oyunlarında ölkəmizi təmsil etmiş ağırlıqqaldıran İntiqam Zairov gümüş medala layiq görülüb.

Xatırladaq ki, 94 kq çəki dərəcəsində mübarizə aparan idmanşımız yarışı 6-cı pillədə başa vurmuşdu. O, sonradan dopinqdə “ilişsə” də, Beynəlxalq Ağırlıqqaldırma Federasiyası tərəfindən bəraət alıb. İlk dördlükdə qərarlaşan idmançılar dopinq testdən keçə bilmədiyindən Zairovun “təmizə” çıxması onun sıralamada da irəliləməsinə səbəb olub. Nəticədə həmyerlimiz Olimpiadanın gümüş medalına yiyələnib.

Londonda 5-ci olan iranlı atlet Səid Məhəmmədpurkarkara isə çempion elan edilib. Bununla da, azərbaycanlı idmançıların “London-2012”də qazandığı medalların sayı 11-ə çatıb. 2 qızıl, 2 gümüş və 6 bürüncü olan yığmamızın aktivinə daha bir gümüş medal əlavə olunub.

 


Create Account



Log In Your Account