Apr 22 2020 12:43
Elshad Aliyev
Views: 64

Ombudsman erkən evlilik hallarının aradan qaldırılması məqsədilə təkliflərlə çıxış edib. 

APA-nın məlumatına görə, təklif parlamentin aprelin 24-də keçiriləcək plenar iclasının gündəliyində salınmış Azərbaycanın İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) 2019-cu il üzrə məruzəsində yer alıb.

Məruzədə qeyd edilib ki, Cinayət Məcəlləsinin 152-ci maddəsində “on altı yaşına” sözlərinin “on səkkiz yaşına” sözləri ilə əvəz edilməsi məqsədəuyğun olar. Bununla, on səkkiz yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməyə görə cəzalar müəyyənləşdirilməlidir.


Create Account



Log In Your Account