Dec 25 2019 11:23
Elshad Aliyev
Views: 109

Yanvar-noyabr aylarında dəmir yolu nəqliyyatı ilə 3,7 milyon sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ötən ilin eyni dövrü ilə müqayisədə sərnişin daşınmasında 48,2 faiz artım olub.

Həmçinin dəmir yolu nəqliyyatı ilə yük daşınmasında orta hesabla sutkada 298 vaqon yüklənib, 430 vaqon isə boşaldılıb.

Sutka ərzində dəmir yolunun şimal istiqaməti üzrə 12,1 min ton, qərb istiqaməti üzrə 4,2 min ton, cənub istiqaməti üzrə isə 0,9 min ton yüklənmə işi yerinə yetirilib.

 


Create Account



Log In Your Account