Aug 27 2019 15:53
Ferah Sabirqizi
Views: 285

Yaxın günlərdə Azərbaycan kinoprokatında məşhur qorxu filminin nümayişi başlayır. Söhbət Stiven Kinqin Pennivayz varlığı haqqındakı əsərinin motivləri üzrə çəkilən filmdən – “O” qorxu filminin davamı olan “O2” filmindən gedir.
Pennivayz - müxtəlif görkəmləri qəbul etməyə qadir olan və uşaqları qətlə yetirən bir məxluqdur. Onun kloun qiyafəsində olması filmin daha qorxulu görünməsinə şərait yaradır. Filmin ilk hissəsi iki il bundan öncə ekranlara çıxıb.  “Park Cinema” IMAX-da “O”nun hər iki hissəsi nümayiş etdiriləcək. 

Avqustun 29-dan sentyabrın 3-dək tamaşaçılar iki il öncəki “O” filmini yenidən IMAX-da izləyə bilərlər. 4 sentyabrdan etibarən “Park Cinema” IMAX-da “O 2” filminin nümayişi başlayacaq. Hər iki film üçün onlayn və offlayn satış qüvvədədir, biletləri kinoteatrın kassalarında, rəsmi saytında, iOS və Adnroid rəsmi tətbiqlərində almaq və ya 119 qısa nömrəsinə zəng vurmaqla əldə etmək mümkündür.  

 


Create Account



Log In Your Account