Dec 27 2018 12:21
Ferah Sabirqizi
Views: 191

OPEC və müttəfiqləri fövqəladə yığıncaq keçirərək atılacaq addımları müzakirə etməyə hazırdır.

Bu barədə Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Suhail Mohamed Al Mazrouei deyib. Nazir qeyd edib ki, neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılmasının qiyməti tarazlaşdırmaqda yetərsiz olacağı təqdirdə OPEC və OPEC+ ölkələri fövqəladə görüş keçirmək, atılacaq addımları müzakirə etməyə hazırdır.

Xatırladaq ki, dekabrın əvvəlində OPEC və OPEC+ üzrə neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı razılıq əldə olunub. Gələn ilin yanvar ayından qüvvədə olacaq və 6 ayı əhatə edəcək bu qərar üzrə Azərbaycan sentyabrda gündəlik 796 min barrel olan neft hasilatını növbəti ildən təxminən 20 min barrel azaldılması ilə bağlı öhdəlik götürüb. Azərbaycan gələn ildən neft hasilatını sutkada 776 min barrel həcmində saxlamalıdır. Noyabr ayı üzrə ölkədə gündəlik neft istehsalı 801 min barrel olub.


Create Account



Log In Your Account