Jun 02 2021 12:53
Elshad Aliyev
Views: 114

OPEC və OPEC-ə üzv olmayan bəzi ölkələrin (“OPEC+”) nazirlərinin 18-ci toplantısı videokonfrans formatında iyulun 1-də keçiriləcək.

AZƏRTAC OPEC-ə istinadla xəbər verir ki, “OPEC+” Müştərək Texniki Komissiyasının (JTC) iclasının bir gün əvvəl keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, dünən keçirilən “OPEC+” nazirlərinin 17-cı videogörüşündə iyul ayı üçün hasilatın artırılması qərarının qüvvədə qalmasına dair razılıq əldə edilib. Toplantıda Azərbaycan da “Əməkdaşlıq Bəyannaməsi” iştirakçıları üzrə hasilatın azaldılması öhdəliyinin iyulda gündəlik 5,76 milyon barel həcmində saxlanılmasına dair planın qüvvədə qalmasına razılıq verib.


Create Account



Log In Your Account