May 15 2020 17:02
Elshad Aliyev
Views: 473

Mayın 18-də saat 00:00-dan etibarən bütün ölkə üzrə 65 yaşdan yuxarı insanların evdən çıxmasına tətbiq olunan qadağa götürülür.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, 65 yaşdan yuxarı şəxslər COVID-19 virusuna yoluxmada risk qrupuna daxil olduğundan onlara evdən zəruri hallarda çıxmaq tövsiyə edilir. Eyni zamanda, insanların sıx toplaşdığı məkanlarda olmamaq, sosial məsafənin gözlənilməsi, qoruyucu vasitələrdən istifadə zəruridir.

Mayın 15-də yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı Azərbaycandakı sanitar-epidemioloji vəziyyət, ölkə əhalisi arasında virusa yoluxanların ümumi sayı və xəstələrin sağalma dinamikası nəzərə alınaraq, xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılması barədə qərar verilib.

Xatırladaq ki, 65 yaşdan yuxarı insanların evdən çıxması martın 24-dən qadağan edilmişdi.


Create Account



Log In Your Account