Mar 05 2020 13:01
Elshad Aliyev
Views: 47

"Operativ qərargah 24 saat işləyir, qərarlar da məlumatlara görə dəyişə bilər".

APA-nın xəbərinə görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva deyib.

Onun sözlərinə görə, İran-Azərbaycan sərhədinin bağlanmasının vaxtınln uzadılması ilə bağlı hazırda cavab vermək mümkün deyil: "Müddətin dəyişilməsi vəziyyətdən asılıdır. Hazırda karantində olanlar İran-Azərbaycan sərhədini keçənlərdir və daha çox cənub zonasındandır. Ölkənin başqa regionlarından və başqa ölkələrdən gələnlərdən müraciət edənlər olur. Amma onların sayı çox azdır. Eyni zamanda, paytaxt sakinləri arasında da tək-tək müraciət edənlər olur, onların hamısı yoxlanılır. Onların heç birinin analizinin cavabı müsbət çıxmayıb. Tibb personalının qorunması bizim üçün çox vacibdir və lazım olan hər şeylə təmin olunublar. Dövlət onların lazımi  təminatı üçün böyük məbləğdə əlavə pul ayırıb".


Create Account



Log In Your Account