Dec 02 2019 12:53
Elshad Aliyev
Views: 61

Dekabrın 2-də İordaniyanın Karameh qəsəbəsində Pakistandan olan fəhlələrin qaldıqları evdə güclü yansın baş verib.

AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, İordaniya Mülki Müdafiə Departamentinin məlumatında evdə olan 13 pakistanlının öldüyü, daha 3 nəfərin isə ağır yanıq xəsarətləri ilə xəstəxanaya çatdırıldığı bildirilir. Qeyd olunub ki, yanğınsöndürənlər taxta binanın tamamilə yanmasının qarşısını ala bilməyiblər.

Həlak olmuş pakistanlıların cəsədlərinin tezliklə öz vətəninə göndəriləcəyi də bildirilir. Yanğının səbəbləri ilə bağlı təhqiqat aparılır.

 


Create Account



Log In Your Account