Nov 08 2018 13:26
Ferah Sabirqizi
Views: 46

“Gələn il üzrə Azərbaycanda orta aylıq əmək pensiyası 241 manat təşkil edəcək”.

Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin birinci müavini İdris İsayev deyib. Nazir müavini bildirib ki, yaşa görə əmək pensiyasının orta aylıq məbləği 273 manata çatacaq.

“Bu isə həyata keçirilən siyasətin ana məqsədidir. Digər tərəfdən, işsizlikdən Sığorta Fondunun büdcəsi 83 milyon 451 min manat məbləğində proqnozlaşdırılır. Bu qiymətləndirmə cari ilin göstəricilərindən 4.7 faiz artıq olacaq”.

O həmçinin qeyd edib ki, 2019-cu il ərzində Azərbaycanda məşğulluq tədbirlərinin təxminən 250 min nəfəri əhatə etməsi gözlənilir.

“Sosial müdafiə, sosial təminat tədbirlərinin 2,1 min nəfəri əhatə etməsi gözlənilir. Gələn il pensiya alanların sayı təxminən 1 milyon 294 min nəfər, sosial müavinət və təqaüd alanların sayı isə 571 min nəfər olaraq proqnozlaşdırılır”.


Create Account



Log In Your Account