Apr 14 2021 11:01
Elshad Aliyev
Views: 185

Sosial təminat sisteminin mühüm komponenti olan pensiyaların məbləğində artım 2021-ci ilin ilk rübündə də davam edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yanvar-mart aylarında pensiyaların orta aylıq məbləği ilin əvvəlinə nisbətən 11,8 faiz artaraq aprelin 1-nə 332 manata çatıb, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 362,3 manata yüksəlib ki, bu da ilin əvvəli ilə müqayisədə 10,7 faiz çoxdur.


Create Account



Log In Your Account