Feb 14 2019 15:42
Ferah Sabirqizi
Views: 414

"Yanvarın 1-ə olan məlumata görə, Azərbaycanda orta aylıq əmək pensiyası 222 manat, yaşa görə pensiya 240 manat idi. 3 faizli indeksasiya tətbiq edildikdən sonra orta aylıq pensiya 229 manata, yaşa görə orta aylıq pensiya 250 manatadək artacaq”.

Bunu əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev  deyib. S.Babayev qeyd edib ki, Dövlət Statistika Komitəsinin 3 faizli artım göstəricisi ilkin nəticədir:

“Əmək pensiyasının minimum məbləğinin 160 manata qaldırılmasından sonra bu rəqəm dəyişə bilər. Lakin Dövlət Statistika Komitəsi iyun ayında yekun rəqəmi verəcək. O zaman bu, dəyişə bilər. Ancaq gözləntimiz odur ki, orta aylıq əmək pensiyası 5 faizə qədər artacaq".

Nazir bildirib ki, əhaliyə verilən sosial müavinətlərin məbləğinin artırılması ilə bağlı iş aparılır: "Müavinətlərin sayı çoxdur, onların unifikasiyasına ehtiyac var. Bu gün 80-ə qədər müxtəlif müavinət növləri var. Onların daha da sadələşdirilib cəmləşdirilməsinə, eyni zamanda onların məbləğinə kompleks olaraq baxılır. Bəzi müavinətlərin vaxtı keçib, bəzi müavinətlərin məbləği aşağıdır. Bəzi kateqoriya insanlar var ki, bundan kənar qalıblar. Onlarla bağlı layihə hazırlanır, konseptual yanaşma olacaq. Müavinət alanlar 500 min insandır. Sürətli qərar da vermək olmaz, 500 min insanın həyatına təsir edəcək addımdır”.

Nazir bildirib ki, hazırda araşdırma gedir:

“Asiya Bankının, Dünya Bankının ekspertlərini dəvət etmişik, onlar da rəylərini verdikdən sonra yekun sənədi verəcəyik”.


Create Account



Log In Your Account