Jan 25 2017 16:59
Ulviyye Sabirqizi
Views: 1569

Amerika kinoakademiyası "Oskar" mükafatına nominantların adlarını açıqlayıb. Nominasiyaların sayına görə ilk yeri “La-La Lend” müzikli tutur. Müzikl 14 nominasiya üzrə iddialıdır.

Kateqoriyalar arasında texniki, səs və kostyumlarla yanaşı, ənənəvi ən yaxşı film, rejissor, aktyor və birinci plan aktrisa da var.

“Ən yaxşı mahnı” nominasiyasında Demyen Şazellin iki mahnısı yer alıb. “Ən yaxşı film” kateqoriyasında nominantlar - “Mançester dəniz qırağında”, “Vicdanın mülahizələrinə görə”,

“Nəyin bahasına olursa olsun”, “Qayıdış”, “Şir” və Amerika tarixinin müxtəlif dövrlərini əhatə edən qaradərili insanların taleyində bəhs edən “Əngəllər”, “Ay işığı” və “Gizli fiqurlar” filmləridir.

Ən yaxşı kişi rolu uğrunda “La-La Lend” filmindən Rayan Qoslinq, “Mançester dəniz qırağında” filmindən Keysi Afflek, “Vicdanın mülahizələrinə görə” filmindən Endryu Qarfild, “Kapitan Fantastik” filmindən Viqqo Mortensen və öz filmi olan “Əngəllər”də çəkilmiş Denzel Vaşınqton mübarizə aparır. “Ən yaxşı aktrisa” nominasiyası üzrə isə Emma Stoun, İzabel Yupper, Rut Neqqa, Natali Portman və Meril Strip iddialıdır.

“Ən yaxşı rejissor” isə Şazell, Deni Vilnev, Mel Gibson, Kennet Lonerqan və Barri Cenkins seçilə bilər.

“Oskar” mükafatlarının təqdimetmə mərasimi fevralın 26-də keçiriləcək.
 

 


Create Account



Log In Your Account