May 20 2020 12:49
Elshad Aliyev
Views: 44

Amerika Kino və Elm Sənətləri Akademiyası 2021-ci ildə keçirilməsi nəzərdə tutulan 93-cü “Oskar” mükafatının təqdimetmə mərasiminin vaxtını dəyişməyi düşünür.

APA-nın “TASS” Agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə “Variety” jurnalı bildirib.

Məlumatda hələlik bu yekun qərarın verilmədiyi qeyd olunub. Hazırda “Oskar”ın təqdimetmə mərasiminin 2021-ci il fevralın 28-də ABC teleşirkətinin efirində translyasiyası edilməsi nəzərdə tutulub. Jurnal mərasimin keçirilməsi ilə bağlı yeni tarix açıqlamayıb.

Koronavirus infeksiyasının yayılması səbəbi ilə Amerika Kino və Elm Sənətləri Akademiyası aprelin sonunda “Oskar”a təqdim olunan filmlərin baxışını müvəqqəti olaraq onlayn şəkildə keçirmişdi. Lakin qaydalara görə, yalnız Los-Ancelesin kommersiya kinoteatrlarında azı bir həftə nümayişdə olmuş filmlər mükafata təqdim edilə bilər. 


Create Account



Log In Your Account