Apr 13 2020 13:06
Elshad Aliyev
Views: 83

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə respublikamızda tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar ölkə rəhbərliyi tərəfindən həyata keçirilən genişmiqyaslı tədbirlərə dəstək olaraq, Milli Məclisin deputatı Aqiyə Naxçıvanlı tərəfindən Oğuz rayonunda aztəminatlı ailələrə ərzaq yardımı kampaniyasına start verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya çərçivəsində rayonun kəndlərində aztəminatlı ailələrə, karantin rejiminin tələblərinə uyğun olaraq evdə qalan yaşı 65-dən yuxarı tənha, ahıl insanlara, imkansız şəxslərə gündəlik tələbat malları, gigiyenik vasitələr, un və digər ərzaq məhsullarından ibarət bağlamalar paylanılıb.

Vətəndaşlar göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına, həmçinin aksiyanın təşkilatçısına minnətdarlıqlarını bildiriblər.


Create Account



Log In Your Account