Apr 27 2021 13:09
Elshad Aliyev
Views: 112

Rusiya ”Defender Europe” təlimləri çərçivəsində NATO qüvvələrinin Avropada yerləşdirilməsinin gedişatını diqqətlə izləyir.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin müdafiə nazirlərinini Düşənbədə keçiriən iclasında NATO-nun Avropadakı təlimlərinə münaisbət bildirərkən deyib.

"Defender Europe təlimləri çərçivəsində NATO qüvvələrinin Avropaya gətirilməsi və yerləşdirilməsinin gedişatını diqqətlə izləməyə davam edirik. ABŞ-ın milli qvardiyası qoşunlarının 29-cu diviziyasının 53-cü quru qoşunları briqadasının gətirilməsini müşahidə edirik, hansı ki, srağagün Albaniyanın Durres limanına çatmışdı. Onlarla birlikdə 750 ədəd hərbi texnika gətirilib”, - deyə Şoyqu qeyd edib.


Create Account



Log In Your Account