Feb 28 2020 13:45
Elshad Aliyev
Views: 60

Rusiya Şimal donanmasında yeni hipersəsli silahı sınaqdan keçirir.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın Müdafiə naziri ordu generalı Sergey Şoyqu Müdafiə Nazirliyinin kollegiya iclasında bildirib.

"Yeni silahların, o cümlədən hipersəsli silahların sınaqdan keçirilməsi davam edir. Bütün bunlar Rusiyanın Şimal donanması və digər hərbi dəniz donanmalarının döyüş potensialının keyfiyyətini artırmağa imkan verir", - deyə rusiyalı nazir vurğulayıb.

Kollegiya iclasında Rusiyanın Şimal donanmasının 2019-2025-ci illər üçün fəaliyyət planının icrası ilə bağlı məsələlər müzakirə olunub.


Create Account



Log In Your Account