Apr 24 2020 12:32
Elshad Aliyev
Views: 63

Son məlumata görə, Pakistanda COVID-19 koronavirusuna yoluxanların sayı 10811 nəfərə çatıb.

AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, Pəncab əyalətində 4590 nəfər bu virusa yoluxub. Pakistanda ən çox koronavirusa yoluxanlar məhz bu əyalətdədir. Sind əyalətində 3671, Xayber-Paxtunxvada 1453, Bəlucistanda 552, İslamabadda 204 nəfərdə bu virus aşkar olunub.

İndiyədək Pakistanda koronavirusdan 2337 xəstə sağalıb, 228 nəfər ölüb.

Bu günədək ölkədə 124,5 min test həyata keçirilib.


Create Account



Log In Your Account