Apr 22 2020 14:02
Elshad Aliyev
Views: 53

Pakistanda COVID-19 koronavirusuna yoluxanların sayı 9 min 749 nəfərə çatıb.

AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, ölkədə ən çox yoluxan Pəncab əyalətində qeydə alınıb - 4328 nəfər. Sind əyalətində 3053, Xayber-Paxtunxvada 1345, Bəlucistanda 495, İslamabadda 194 nəfərdə bu virus aşkar olunub.

İndiyədək Pakistanda koronavirusdan 209 nəfər dünyasını dəyişib, 2156 nəfər isə sağalıb.

Bu günədək ölkədə 118 min test həyata keçirilib.


Create Account



Log In Your Account