Jan 21 2017 11:02
Ulviyye Sabirqizi
Views: 1546

Pakistanın Kurram əyalətində tərəvəz bazarında partlayış törədilib.

CBC-nin məlumatına görə, partlayış nəticəsində 18 nəfər həlak olub, 51 nəfər yaralanıb.

Pakistan ordusunun mətbuat xidməti isə 6 nəfərin həlak olduğunu, 20 nəfərin yaralandığını açıqlayıb.

Hadisə ölkənin şimal-qərbində Əfqanıstanla sərhədə yaxın yerləşən Kurram əyalətinin mərkəzi şəhəri Paraçinardakı bazarlardan birində törədilib. Yerli hakmiyyət təmsilçiləri partlayıcının göyərti satılan piştaxtanın altına yerləşdirildiyini bildiriblər. Partlayışın əldəqayırma qurğu ilə törədildiyi ehtimal edilir.

Ölkənin xarici işlər naziri Çaudri Əli Xan partlayışla bağlı araşdırmanın aparılacağını söyləyib.

Partlayışa görə hələlik heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib.

 


Create Account



Log In Your Account