Mar 11 2020 12:28
Elshad Aliyev
Views: 40

Pakistanda koronavirusa yoluxanların sayı 19 nəfərə çatıb və onların hamısı xarici ölkələrdən gələn vətəndaşlardır.

AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, bu haqda jurnalistlərə Pakistan Baş Nazirinin səhiyyə məsələləri üzrə müşaviri Zafar Mirza məlumat verib. O deyib ki, son 24 saat ərzində ölkədə koronavirusa yoluxanların sayı xarici ölkələrdən gələnlərin hesabına iki dəfə artıb. Onların hamısı karantinə qoyulub. Pakistanın özündə bu virusa yoluxanlar hələ ki, yoxdur. Karantində olanlardan bir xəstə sağalıb, digəri isə bu günlərdə evə buraxılacaq.

Xatırladırıq ki, koronavirus dünyanın 119 ölkəsinə yayılıb. İndiyədək dünyada 120 minə yaxın adam bu virusa yoluxub, onların çoxu sağalıb, 4 mindən çoxu isə ölüb.


Create Account



Log In Your Account