Mar 23 2020 12:59
Elshad Aliyev
Views: 29

Pakistanda koronavirusa 799 yoluxma faktı qeydə alınıb.

AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, bu virusa ən çox Sind əyalətində yoluxublar - 352 nəfər.

Pəncabda 225, Bəlucistanda 108, Qilqit-Baltistanda 71, İslamabadda 11 nəfər koronavirusa yoluxub. Ölkə üzrə 5 nəfər COVID-19 infeksiyası səbəbindən həyatını itirib.

Pakistanın Baş Naziri İmran Xan ölkə vətəndaşlarını zərurət olmadıqda küçəyə çıxmamağa və bununla da koronavirusla mübarizədə hökumətə yardım etməyə çağırıb.

Ölkədə kütləvi tədbirlərin keçirilməsi də dayandırılıb.


Create Account



Log In Your Account