Jun 03 2020 11:34
Elshad Aliyev
Views: 45

Son sutka ərzində Pakistanda COVID-19 koronavirusuna yoluxanların sayı 3938 nəfər artıb və 76398 nəfərə çatıb. AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, son gün ərzində bu virusdan 78 nəfər dünyasını dəyişib və ölənlərin sayı 1621 nəfərə çatıb.

Qeyd edilir ki, Sind əyalətində 29647, Pəncabda 27850, İslamabadda 2893 nəfər koronavirusa yoluxub. Son günlər Xayber-Paxtunxva, Bəlucistan və digər əyalətlərdə də koronovirusa yoluxanların sayı artıb.

Bildirilir ki, indiyədək ölkədə koronavirusdan 27110 nəfər sağalıb.


Create Account



Log In Your Account