May 25 2020 13:14
Elshad Aliyev
Views: 166

Son 24 saat ərzində Pakistanda COVID-19-a yoluxanların sayı 2164 artaraq 54 min 601 nəfərə çatıb.

AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, Sind əyalətində 21 min 645, Pəncabda 19 min 557, İslamabadda ümumilikdə 1592 nəfər koronavirusa yoluxub. Xayber-Paxtunxva, Bəlucistan və digər əyalətlərdə də virusa yoluxanların sayı durmadan artır.

Bildirilir ki, indiyədək ölkədə koronavirusdan 17 min 198 nəfər sağalıb. Son sutkada 32 nəfər həyatını itirib və ölənlərin sayı 1133 nəfərə çatıb.


Create Account



Log In Your Account