Apr 26 2021 11:00
Elshad Aliyev
Views: 115

Pakistanın xarici işlər naziri Şah Mahmud Kureyşi ABŞ Prezidenti Co Baydenin 1915-ci il hadisələrini “soyqırımı” adlandırması ilə bağlı Türkiyənin mövqeyini dəstəkləyib.

AZƏRTAC Pakistan mətbuatına istinadla xəbər verir ki, bu haqda Şah Mahmud Kureyşi Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə telefon söhbətində bildirib.

Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Zahid Hafiz Çovdri isə bildirib ki, “soyqırımı” məsələsi ilə bağlı rəsmi İslamabad Ankaranın konstruktiv mövqeyini müdafiə edir və 1915-ci ildə baş verən hadisələrlə əlaqədar həqiqətlərin ortaya çıxarılması üçün Türkiyə tərəfinin təklif etdiyi birgə Komissiyanın yaradılmasını dəstəkləyir. O deyib ki, tarixi hadisələrə birtərəfli münasibət və siyasi təbəqələşmə dövlətlər arasındakı etimada xələl gətirə bilər.


Create Account



Log In Your Account