Feb 19 2020 11:41
Elshad Aliyev
Views: 74

Pakistanın “dailytimes.com.pk” internet saytında “Azərbaycanı tanıyaq” sərlövhəli məqalə yerləşdirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, məqalənin müəllifi, “Hum news” kanalının təqdimatçı-prodüseri və müxbiri Şiffa Zakriya Naxçıvanın dini turizm məkanlarından olan “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksi və Nuh Peyğəmbərin məzarüstü türbəsi ilə bağlı məlumatlar verib.

Məqalədə qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Azərbaycanın bir hissəsidir və paytaxtı Naxçıvan şəhəridir. Bakıdan Naxçıvana quru yollar yoxdur. Əshabi-Kəhf Naxçıvan şəhərinin şərq hissəsindəki təbii mağarada yerləşir. Qədim dövrlərdən bəri Əshabi-Kəhf yeddi adamın əsrlərboyu yatdığı müqəddəs yer hesab olunur.

Müəllif vurğulayıb ki, muxtar respublika eyni zamanda turistlərin Nuh Peyğəmbərə görə ziyarət etdiyi müqəddəs məkandır. Nuhun məqbərəsi 2006-cı ildə bərpa edilib. Türbənin altında daş sütun yerləşir. Nuhun məzarının bu sütunun altında olduğu ehtimal edilir. Rəssam Bəhruz Kəngərlinin 100 il əvvəl çəkdiyi və hazırda Azərbaycan Milli İncəsənət Muzeyində saxlanılan rəsm əsəri də türbənin tarixi haqqında məlumat verir.


Create Account



Log In Your Account