May 20 2020 14:22
Elshad Aliyev
Views: 63

Rusiyada yeni növ koronavirus (COVID-19) infeksiyasından ölüm hallarının ən az olduğu regionlar açıqlanıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya Baş Nazirinin müavini Tatyana Qolikova bu gün Federasiya Şurasında çıxışında ümumi ölkə üzrə COVID-19-dan ölüm hallarının 0,95 faiz təşkil etdiyini söyləyib.

Onun sözlərinə görə, koronavirusdan ölüm halları üzrə ən aşağı göstərici Tambov, Sverdlov, Ryazan, Kursk, Lipetsk, Ulyanovsk vilayətləri, Tatarıstan və Tuva respublikalarında qeydə alınıb: “Bu gün Rusiyada COVID-19-dan ölüm halları dünya ilə müqayisədə çox aşağıdır”.

Baş Nazirin müavini ölkənin Kurqan və Saxalin vilayətləri, Altay Respublikası və Nenets Muxtar dairəsində bu virusdan ümumiyyətlə ölüm halının qeydə alınmadığını vurğulayıb.

Qeyd edək ki, Rusiyada son sutka ərzində koronavirusa 8764 yoluxma halı qeydə alınıb. Ölkə ərazisində ümumu yoluxanların sayı 308 705 nəfərə çatıb. İndiyə kimi ölənlərin sayı isə 2972 nəfərdir.


Create Account



Log In Your Account