Jun 07 2021 17:01
Elshad Aliyev
Views: 114

COVID-19 pandemiyası ilə bağlı builki Həcc ziyarətində zəvvarların sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi üçün əlavə tədbirlər görülüb. AZƏRTAC rəsmi SPA agentliyinə istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının media naziri Məcid Əl-Qasabi keçirdiyi mətbuat konfransında bu yenilikləri açıqlayıb.

Nazir bildirib ki, pandemiya əleyhinə tədbirlər başa çatdıqdan sonra Həcc və Ümrə Nazirliyi Həcc ziyarətinin dəqiq tarixlərini elan edəcək. Onun sözlərinə görə, krallığın hökuməti “Həcc ziyarətinin İslam aləmində və Səudiyyə Ərəbistanında epidemiyanın episentrinə çevrilməməsi üçün əlavə tədbirlər həyata keçirir”. Belə ki, zəvvarlara nəqliyyat və otel xidmətlərində yeni qaydalar tətbiq olunacaq. Ötən ilin oktyabrından bəri Ümrə ziyarətində 30 min əcnəbi zəvvarın istifadə etdiyi iki müqəddəs məsciddə namaz qılınması, nəqliyyat xidmətləri üzrə texnoloji yeniliklər davam etdiriləcək. Artıq 20 milyondan çox insan bu sistemdə qeydiyyatdan keçib. Məkkə və Mədinə şəhərlərinə hərəkət edəcək 2500 avtobus 120 min reys yerinə yetirəcək. Zəvvarların pandemiyadan qorunması məqsədilə onlarda oturacaq yerləri məhdudlaşdırılıb.

Səudiyyəli nazir qeyd edib ki, iki müqəddəs məsciddə zəvvarların sıx toplaşmasının qarşısını almaq məqsədilə onlara elektron növbə sistemi üzrə qeydiyyat nömrələri veriləcək. Krallığın Məlumat və Süni İntellekt Departamentinin əməkdaşları vaksin olunmuş və ya yeni testdən keçmiş insanların siyahısını mütəmadi olaraq yeniləyəcək.


Create Account



Log In Your Account