Apr 21 2021 11:01
Elshad Aliyev
Views: 160

Respublika Gənclər Kitabxanası Bakı, Sumqayıt, Gəncə şəhər kitabxanalarının iştirakı ilə “Pandemiya şəraitində kitabxanaların fəaliyyətinin əsas istiqamətləri” mövzusunda “Zoom” platforması üzərindən birgə tədbir təşkil edib.

AZƏRTAC xəbər verir ki, Respublika Gənclər Kitabxanasının fəaliyyətinin əsas prinsipi olan “Öyrənək, öyrədək” şüarı altında təşkil edilən onlayn tədbirin əsas məqsədi təcrübə mübadiləsi, karantin dövründə kitabxanaların fəaliyyətində müşahidə edilən yeniliklər və onların müzakirəsi olub. Virtual konfransda Sumqayıt, Gəncə şəhər, Bakının Yasamal, Binəqədi və Səbail rayonlarının MKS-lərinin əməkdaşları çıxış ediblər.

3 saata yaxın davam edən onlayn konfransı giriş sözü ilə açan Respublika Gənclər Kitabxanasının elmi işlər üzrə direktor müavini Xalidə Musayeva tədbir iştirakçılarına pandemiya şəraitində iri miqyaslı kitabxanaların əsas fəaliyyət istiqamətləri haqqında qısaca informasiya verib və onları müzakirə ediləcək mövzulara dair məlumatlandırıb.

Sonradan çıxış edən Sumqayıt şəhər MKS-in direktoru Yeganə Əhmədova pandemiya dövründə kitabxananın əsas fəaliyyət istiqamətləri, günün tələblərinə uyğun virtual fəaliyyət növləri haqqında məlumat verib. Kitabxananın fəaliyyətinin ölkə başçısının mədəniyyət sahəsində verdiyi sərəncamlara əsasən qurulduğunu vurğulayıb.

Kitabxana mütəxəssislərinin çıxışları, fikir mübadilələri əsasında keçirilən tədbirdə “İstifadəçilər tərəfindən ən çox izlənilən və maraq doğuran layihələr”, “Vətənpərvərlik ədəbiyyatının təbliği”, “Fondun və uşaq ədəbiyyatının təbliği”, “Kitabxanaların tərtib etdiyi biblioqrafik vəsaitlər”, “Virtual görüşlər, fərqli və üstün cəhətləri”, “Kitabxanalarda onlayn xidmət“, “Görülən işlərin KİV-də işıqlandlrlması” və “Kitabxanaların metodik fəaliyyəti” mövzuları ətrafında fikir mübadiləsi aparılıb.

Sonda Xalidə Musayeva Respublika Gənclər Kitabxanasının direktoru Oruc Quliyevin bu tip tədbirlərin keçirilməsi mühümlüyünə və bu layihələrin kitabxanalararası əlaqələrin, əməkdaşlığın inkişafında mühüm rol oynamasına dair söylədikləri fikirləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.


Create Account



Log In Your Account