Apr 14 2021 15:01
Elshad Aliyev
Views: 128

Ermənistan Silahlı Qüvvələrinin sabiq qərargah rəisi Onik Qasparyanın 2020-ci il sentyabrın sonlarında Qarabağda hərbi əməliyyatlar zamanı məğlubiyyət təhlükəsi səbəbindən müharibəni dayandırmaq barədə Nikol Paşinyana məsləhət verməsi barədə bəyanatı həqiqəti əks etdirmir.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Ermənistan hökumətinin başçısı parlamentdə çıxışı zamanı deyib.

“Milli Təhlükəsizlik Şurasının iclasının videoyazıları var. Sentyabrın 30-da Onik Qasparyan ordumuzun Azərbaycanı məğlub edə biləcək imkanlarının olduğunu bəyan edib. O, hərbi əməliyyatların dayandırılmasının vacibliyi barədə danışmayıb”, - deyə Nikol Paşinyan bildirib.

Baş nazirin sözlərinə görə, siyasi rəhbərlik üç dəfə müharibəni dayandırmağı tələb etsə də, bu mümkün olmayıb.

Ermənistan Silahlı Qüvvələrinin sabiq qərargah rəisi Onik Qasparyan müharibənin əvvəlində Nikol Paşinyana Qarabağdakı vəziyyət barədə məlumat verdiyini və hərbi əməliyyatları dayandırmağı məsləhət gördüyünü bəyan edib.


Create Account



Log In Your Account