Jun 12 2020 14:43
Elshad Aliyev
Views: 74

Ermənistanın Baş Naziri Nikol Paşinyan respublikanın xəstəxanalarında vəziyyətin gərgin olduğunu açıqlayıb.

APA-nın “Sputnik Armenia”ya istinadən verdiyi məlumata görə, N. Paşinyan xəstəxanalarda koronavirus xəstələri üçün ayrılan çarpayıların dolmaq üzrə olduğunu bildirib.

“Vəziyyət kritikdir. Koronavirus xəstələri üçün ayrılan 1857 çarpayıdan 1551-i tutulub, 236 reanimasiya çarpayısından 204-ü məşğuldur”, - deyə Baş Nazir vurğulayıb.

N. Paşinyan qeyd edib ki, yoluxmaların yüksək olması ölkə vətəndaşlarının epidemioloji qaydalara ciddi riayət etmədiyinə dəlalət edir: “Vəziyyət pisləşəcəyi təqdirdə, kütləvi məhdudlaşdırmalara gedilməsi istisna deyil. Bu, bizim iqtisadiyyatımıza güclü zərbə vuracaq”.


Create Account



Log In Your Account