Mar 28 2017 12:31
Ulviyye Sabirqizi
Views: 1375

Fransa polisinin Asiya əsilli Paris sakinini öldürməsindən sonra paytaxtda iğtişaş yaranıb.

CBC-nin məlumatına görə, qarşıdurma nəticəsində hüquq-mühafizə orqanlarının 3 əməkdaşı xəsarət alıb.

"Le Parisien" qəzeti yazır ki, insidentə səbəb martın 27-də iki polis əməkdaşının məişət zəminində mübahisəni araşdırmaq məqsədilə mənzillərdən birinə gələrək 56 yaşlı Li Şayonu güllələməsi səbəb olub. Onun asayiş keşikçilərinə bıçaqla hücum etdiyi bildirilir. Lakin mərhumun qızı bunu təkzib edir.

Qətlə yetirilən sakinin xatirəsini anmaq üçün onlarla insan bir yerə toplaşıb. Parisin 19-cu dairəsində polis məntəqəsinin yaxınlığındakı dinc nümayiş kütləvi qarşıdurmaya keçib. Naməlum şəxslər polis avtomobilinin şüşələrini sındırıb, sonra onu yandırmağa cəhd ediblər. İzdihamı dağıtmağa çalışan polis əməkdaşlarına daş, butulka atılıb.

Nümayişdə təqribən 150 nəfər iştirak edib. Etiraz aksiyası zamanı ən azı 35 nəfər saxlanılıb.

Paris prefekturasından bildiriblər ki, polis əməkdaşları Asiya icmasının nümayəndələri ilə insidenti müzakirə etməyə hazır olub, lakin "əlaqələndiricinin səhvi ucbatından" görüş baş tutmayıb.

 


Create Account



Log In Your Account