Jan 12 2019 14:49
Ferah Sabirqizi
Views: 157

Parisdə çörəkbişirmə müəssisəsində baş verən güclü partlayış nəticəsində xəsarət alanların sayı 20 nəfərə çatıb.

Xəsarət alanlardan iki nəfərin vəziyyəti ağır qiymətləndirilir. Hökumət rəsmiləri hadisə yerinə baş çəkiblər.

Qeyd edək ki, bu gün  Fransanın paytaxtı Parisdə güclü partlayış baş verib.  Hadisə şəhərin mərkəzi hissəsində çörəkbişirmə müəssisəsində baş verib.

İlkin ehtimallara görə, partlayışa qaz sızması səbəb olub. Hadisə nəticəsində 1-i yanğınsöndürən olmaqla, 15 nəfərin yaralandığı deyilir.

Qeyd edək ki, bu gün Parisdə "sarı jiletlər"in növbəti aksiyası planlaşdırılır.


Create Account



Log In Your Account